2024-cü ildə iqlim xərclərinə ayrılan büdcə vəsaiti məlum olub
2024-cü ilin dövlət büdcəsinin “Ətraf mühitin mühafizəsi” üzrə ayrılan vəsaitlərə nəzər salsaq, iqlim dəyişikliyi ilə əlaqəli xərclər 339,7 milyon manata bərabər olub.
“Sizinxeber.az-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin vəsaitin 87,4%-i, yəni 297 milyon manatı qarışıq yəni neytral xərclərə aid olub ki, bu xərclər müxtəlif ekoloji meyarlar üzrə həm müsbət, həm də mənfi təsirə malik xərclərdir. Eyni zamanda həmin xərclərin 12.6 %-i, yəni 42,7 milyon manatı isə yaşıl xərclər olub.
Qeyd edilib ki, “Kənd təsərrüfatı” sektoru üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclərin məbləği 1075,2 milyon manat bərabər olmuşdur. Həmin xərclərin 100%-i qarışıq xərclərə aiddir. 2024-cü ildə “Ətraf mühitin mühafizəsi” və “Kənd təsərrüfatı” sektorları üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclər ümumilikdə 1414,9 milyon manata bərabər olmuşdur ki, həmin xərclərin 1395,2 milyon manatı adaptasiya, 19 milyon manatı isə mitiqasiya tədbirlərinə aid olub.
2024-cü ildə “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorları üzrə DİM ilə əlaqəli xərcləri 5773,4 milyon manata bərabər olub.
Oxşar xəbərlər
2024-cü il dövlət büdcəsinin xərclərinin icra vəziyyəti açıqlanıb
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
CGİAR: İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi bir-birinə sıx bağlıdır
Nazir: Ötən il Azərbaycanda fermerlərə 362,5 mln. manat subsidiya ödənilib
Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə xərclərinin strukturu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?












