Ölkə bankları I yarımildə "Blumberq"də 41 mlrd. manatlıq əqd bağlayıb
2025-ci ilin 6 ayında Blumberq ticarət sistemində banklar arasında 41.4 mlrd. manat məbləğində 2148 ədəd əqd bağlanıb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı"nda bildirilir.
Qeyd edilib ki, bu əməliyyatların həcm olaraq 95%-i 1-3 günlük olub.
Pul bazarında qısamüddətli faizlər hesabat dövrü ərzində faiz dəhlizinin daxilində hərəkət edib. 2025-ci ilin I yarısında 1 günlük banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi - AZIR indeksi aylar üzrə dəyişkən olsa da, faiz dəhlizi daxilində - uçot dərəcəsinə yaxın trayektoriyada hərəkət etmişdir. Belə ki, AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı spred I rübdə -0.4%, II rübdə isə -0.22% olub. Ümumilikdə 2025- ci ilin 6 ayında AZIR indeksinin uçot dərəcəsindən standart kənarlaşması 0.29 f.b olub.
Oxşar xəbərlər
AMB: Not emissiyası 46 %-ə yaxın azalıb
AMB AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyir
Mərkəzi Bank AZİR indeksinin depozit faizlərinə təsirini açıqlayıb
AMB: Maliyyə Nazirliyinin depozit hərracları bank sektorunun likvidliyini artırmaqda davam edir
AMB 1D AZİR indeksindəki dəyişikliyin depozit faizlərinə təsirini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
