Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 55 mini keçib
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 55 018 borcalana 3 milyard 571,647 milyon manat kredit verib.
“Report” xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 581 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 7 776 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 51 mini ötüb
Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 5 500-ü ötüb
İpoteka və Kredit Zəmanət Fondu zəmanət verdiyi biznes kreditlərinin məbləğini açıqlayıb
İpoteka və Kredit Zəmanət Fondunun dövriyyədəki istiqrazlarının ümumi dəyəri 25 %-ə yaxın artıb
İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












