Kredit məlumatlarının MKR-ə ötürülməsi sürətləndirilib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nda dəyişiklik edib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Məlumata görə, yeni kreditlər haqqında məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) kreditin verildiyi tarixdən növbəti iş günü ərzində təqdim edilir.
Kreditlər üzrə ay ərzində hər hansı ödəniş olduğu təqdirdə bu barədə məlumat növbəti iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar (olduqda) istisna olmaqla digər məlumatlar kredit təşkilatları tərəfindən hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 (dörd) iş günü ərzində təqdim edilir. Borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar (olduqda) kredit təşkilatları tərəfindən təqvim ili ərzində azı bir dəfə təqdim edilir.
Bir kredit üzrə bir neçə şəxs birgə borclu qismində çıxış etdikdə həmin şəxslərin kredit üzrə birgə borclu olduğu qeyd edilməklə həmin kredit məbləği hər borclu üzrə tam həcmdə qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumatlar bir günə yenilənəcək
Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi qaydası dəyişib
Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib
AMB “Finoko” BOKT-yə və “Sevinc Kredit İttifaqı"na məcburi göstəriş verib
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












