Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 %-dən çox artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard 911,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çox investisiya yönəldilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,4 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 15 % artıb.
Yanvar-iyul aylarında istifadə olunmuş investisiyanın 5 milyard 46,1 milyon manatı və yaxud 50,9 %-i məhsul istehsalı sahələrinə, 3 milyard 335,2 milyon manatı və yaxud 33,7 %-i xidmət sahələrinə, 1 milyard 530,5 milyon manatı və yaxud 15,4 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 598,7 milyon manatını və yaxud 76,7 %-ni daxili investisiyalar təşkil edib, 7 milyard 822,3 milyon manatı və yaxud 78,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 25 %-ə yaxın azalıb
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2 % artıb
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2 %-ə yaxın artıb
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5 %-ə yaxın azalıb
Azərbaycanda əsas kapitala investisiyalarda illik 3 % artım proqnozlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
