Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üçün “Ağ Sənəd” hazırlanır
Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üçün “Ağ Sənəd” hazırlanır.
“APA-Economics” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) əməkdaşları arasında onlayn görüş keçirilib.
Görüşdə çıxış edən AMFA-nın beynəlxalq eksperti Nazim Əliyev bildirib ki, 2025-ci il üzrə “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd”in hazırlanmasına başlanıb. Qeyd edilib ki, bu strateji sənəd mikromaliyyə sektorunun mövcud vəziyyəti, əsas çağırışları və inkişaf istiqamətləri üzrə təhlilləri əhatə etməklə sahənin dayanıqlı və inklüziv inkişafına dəstək verəcək.
Görüşdə mikromaliyyə sektorunun rəqəmsal dövrdə inkişaf imkanları, eləcə də gənclərin və startapların dəstəklənməsi üçün yeni maliyyə mexanizmləri müzakirə olunub. Tərəflər bu sahədə innovativ yanaşmaların və koordinasiyalı tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Oxşar xəbərlər
Azərbaycanda “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd” hazırlanır
AMFA: Mikromaliyyə sahəsində innovasiyalar vacibdir
AMB: Yeni mikromaliyyə modelinin yaradılması nəzərdə tutulur
Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb
AMFA sədri: Mikromaliyyə sektoru 2025-ci ildə daha da böyüyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












