Azərbaycanda “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd” hazırlanır
Azərbaycanda mikromaliyyə sənayesinin dayanıqlı və inklüziv inkişafını dəstəkləmək məqsədilə 2025-ci il üzrə “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd”in hazırlanmasına başlanılıb.
"Sizinxeber.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin mikromaliyyənin idarə edilməsi və inkişafı üzrə beynəlxalq eksperti Nazim Əliyev bildirib.
O, bu barədə iki qurumun əməkdaşları arasında keçirilmiş onlayn görüşdə danışıb. N.Əliyevin sözlərinə görə, bu strateji sənəd mikromaliyyə sektorunun mövcud vəziyyətini, əsas çağırışları və inkişaf istiqamətlərini əhatə etməklə, sahənin daha effektiv və inklüziv inkişafına töhfə verəcək.
Görüşdə iştirak edən "Azexport" portalının rəhbəri Ayxan Qədəşov qeyd edib ki, rəqəmsal texnologiyaların geniş tətbiqi bütün sahələrdə olduğu kimi mikromaliyyə sənayesində də yeni yanaşmaların tətbiqini zəruri edir: "Xüsusilə beynəlxalq elektron ticarət platformalarında "Amazon", "eBay", "Etsy" və s. satışa başlamaq istəyən gənclərin ilkin kapitala olan ehtiyacını qarşılamaq üçün mikromaliyyə institutları mühüm rol oynaya bilər. Bu baxımdan mikromaliyyə sektorunun innovativ məhsullar və güzəştli kredit mexanizmləri vasitəsilə startaplara dəstək göstərməsi vacibdir. Bu sahədə dövlət qurumlarından verilən sənədlər startapların gəlir potensialının təminatı kimi çıxış edə bilər".
İİTKM-nın Dövlət proqramları şöbəsinin müdiri Lətif Zeynallı isə bildirib ki, mikromaliyyə institutlarının regionlarda fəaliyyət göstərən kiçik sahibkarlara, xüsusən qadın və gənc sahibkarlara dəstək imkanları artırılmalıdır. O, qeyd edib ki, bu sahədə həyata keçirilən dövlət proqramlarına mikromaliyyə təşkilatlarının daha aktiv cəlb olunması üçün koordinasiya mexanizmləri təkmilləşdirilməlidir.
Müzakirə mikromaliyyə sektorunun rəqəmsal dövrdə inkişaf imkanlarını, gənclərin və startapların dəstəklənməsi üçün yeni mexanizmlərin müzakirəsi ilə davam edib.
Oxşar xəbərlər
Bakıda ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
AMFA: Mikromaliyyə sahəsində innovasiyalar vacibdir
Azərbaycanın mikromaliyyə institutlarında rəqəmsal platformaların tətbiqinə mane olan faktorlar açıqlanıb
AMB: Yeni mikromaliyyə modelinin yaradılması nəzərdə tutulur
AMFA: "Mikromaliyyələşdirmədə etik standartlara riayət olunmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












