Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib
sizinxeber.az xəbər saytı

Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib


Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

“Report” xəbər verir ki, dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılmasını (ödənilməsi) nəzərdə tutur.

Bu, Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.

Eyni zamanda layihədə "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunub.

Oxşar xəbərlər

Azərbaycanda büdcə ssudalarını Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu bağlayacaq
Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə qaytarılması mexanizmi formalaşdırılır
Milli Məclisin iclası başlayıb, gündəlikdə 16 məsələ var
Təminat Fondu 5 bağlanmış bankın AMB-yə olan 14 milyon manat borcunu ödəyib
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin qalığı kəskin azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər