AMB kredit kartları ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib
Mərkəzi Bank (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib.
"Sizinxeber.az-Economics"in məlumatına görə, yeni qaydalara əsasən, borcalanın kredit xətti limiti (bütün kredit təşkilatları qarşısındakı öhdəliklər nəzərə alınmaqla) onun xalis gəlirinin 5 misli ilə məhdudlaşdırılıb.
Həmçinin overdraft limitləri kredit xətləri anlayışına daxil edilib. İstehlak kredit kartlarının balansdan kənar hissəsi üzrə kreditə konvertasiya əmsalı 40% müəyyən olunub.
Dəyişikliklərin məqsədi əhalinin həddindən artıq borclanmasının qarşısını almaq və bank sektorunun dayanıqlılığını qorumaqdır. AMB-nin təhlillərinə görə, son dövrlərdə kredit kartlarının həcmi sürətlə artıb və bu, borc yükünün də yüksəlməsi ilə müşayiət olunub.
Yeni qaydalara əsasən, nağd vəsaitlə, bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri bu limitin hesablanmasından istisna edilir. Həmçinin bu limitdən artıq olan istehlak kredit xətlərinin ümumi məbləği bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən çox olmamalıdır.
Təsdiqlənmiş dəyişikliklərlə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Mərkəzi Bank üç kredit ittifaqının lisenziyasını ləğv edib
AMB: Kredit kartları üzrə şərtlərin sərtləşməsi proqnozlaşdırılır
Mərkəzi Bank: Kreditlərin maya dəyəri artıb
AMB: Bu il istehlak kreditləri üzrə standartlar sərtləşib
AMB “Finoko” BOKT-yə və “Sevinc Kredit İttifaqı"na məcburi göstəriş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












