AMB: Bu il istehlak kreditləri üzrə standartlar sərtləşib
sizinxeber.az xəbər saytı

AMB: Bu il istehlak kreditləri üzrə standartlar sərtləşib


2025-cü ilin I rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib. İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin və komissiya məbləğinin artımı formasında olub.

Sizinxeber.az-Economics” xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bank tərəfindən keçirilən “2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri”ndə bildirilib.

Qeyd edilib ki, respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmənin davam edəcəyini proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələbdə dəyişiklik olmayıb. Banklar növbəti rübdə ümumi istehlak kreditləri üzrə tələbdə artım olacağını, bununla belə, kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Oxşar xəbərlər

Mərkəzi Bank: Kreditlərin maya dəyəri artıb
AMB: Kredit kartları üzrə şərtlərin sərtləşməsi proqnozlaşdırılır
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
Azərbaycanda taksit kreditləri üzrə standartlar sərtləşib
Azərbaycanda ipoteka kreditləri üzrə tələb azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər