Taleh Kazımov: "Maliyyə sektorunun ÜDM-də payı artıb"
Azərbaycanda inflyasiyanın Mərkəzi Bankın (AMB) hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun dərinliyinin artırılması, maliyyə sektorunun ÜDM-də payının yüksəldilməsi və ümumiyyətlə, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
"Sizinxeber.az" AMB-yə istinadən xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun ilk iclasında bildirib.
O, iqtisadi artımın davamlılığının təmin edilməsi, xarici və daxili şoklara qarşı iqtisadiyyatın dayanıqlılığının artırılması, həmçinin sosial rifah və inklüziv inkişafın dəstəklənməsi baxımından makroiqtisadi dayanıqlılığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb, Strategiyanın makroiqtisadi sabitlik sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini bildirib.
Sədr çıxışı zamanı 2027-2030-cu illərdə ölkədə makroiqtisadi dayanıqlılığın daha da gücləndirilməsi məqsədilə makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra tədbirdə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması çərçivəsində təklif olunan fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Sədr yekunda işçi qrupun üzvlərini bu fəaliyyət istiqamətləri üzrə koordinasiyalı əməkdaşlığa dəvət edib.
“Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu ölkə Prezidentinin 30 may 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli sərəncamına əsasən yaradılıb.
Oxşar xəbərlər
AMB sədri: Makroiqtisadi və maliyyə sabitliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsi vacibdir
AMB və IMF "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsini müzakirə edib
Azərbaycanın kapital bazarında dayanıqlılığın artırılması müzakirə edilib
AMB "yaşıl maliyyə" ilə bağlı təşəbbüslərini açıqlayıb
"Böyük Qayıdışa dair II Dövlət Proqramı" hazırlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK













