AMB sədri: Makroiqtisadi və maliyyə sabitliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsi vacibdir
sizinxeber.az xəbər saytı

AMB sədri: Makroiqtisadi və maliyyə sabitliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsi vacibdir


"2027-2030-cu illərdə ölkədə makroiqtisadi dayanıqlılığın daha da gücləndirilməsi məqsədilə makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin təkmilləşdirilməsi vacibdir".

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun ilk iclasında Mərkəzi Bank sədri Taleh Kazımov deyib.

O, iqtisadi artımın davamlılığının təmin edilməsi, xarici və daxili şoklara qarşı iqtisadiyyatın dayanıqlılığının artırılması, həmçinin sosial rifah və inklüziv inkişafın dəstəklənməsi baxımından makroiqtisadi dayanıqlılığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sədr Taleh Kazımov “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın makroiqtisadi sabitlik sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini bildirib. O, inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun dərinliyinin artırılması, maliyyə sektorunun ÜDM-də payının yüksəldilməsi və ümumiyyətlə, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib.

Daha sonra tədbirdə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması çərçivəsində təklif olunan fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb. Sədr yekunda işçi qrupun üzvlərini bu fəaliyyət istiqamətləri üzrə koordinasiyalı əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb
Növbəti il Naxçıvana büdcədən 150 mln. manat ayrılması proqnozlaşdırılır
Büdcə siyasətində əsas hədəflər açıqlanıb
Taleh Kazımov: Maliyyə sektoru iqtisadi artım maliyyələşməsində mühüm rol oynayır
Mərkəzi Bank iqtisadi artım proqnozunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər