Həyat Sığortası sadəcə böyüklər üçün deyil!
Valideyn olmaq – qorumaq, dəstək olmaq və gələcəyi düşünmək deməkdir. Bəzən bu vəzifə o qədər emosional olur ki, biz nəyin həqiqətən vacib olduğunu anlamaqda çətinlik çəkirik.
Xüsusilə “uşaq üçün həyat sığortası” kimi bir məsələ gündəmə gələndə, çoxları dərhal emosional reaksiya verir: “Uşağa həyat sığortası? Niyə lazım olsun ki?”
Əslində, məsələ sadəcə bir sığorta əldə etmək deyil. Məsələ budur: valideyn olaraq biz riskləri nə dərəcədə düzgün anlayırıq və buna hazırıqmı?
Bu yazıda “The Mom Test” (Rob Fitzpatrick ) adlı kitabdan ilhamlanaraq, uşaqlar üçün həyat sığortasının əhəmiyyətini dürüst və real şəkildə izah etməyə çalışacağıq – yəni emosiyalarla yox, ehtiyaclar və həqiqətlərlə izah edəcəyik.
“The Mom Test” strategiyası bizə öyrədir ki, insanları yönləndirmədən, onların real təcrübələrini danışmalarına imkan verməliyik.
Məsələn, aşağıdakı suallara cavab verə bilən valideynlər, əslində sığortanın mahiyyətini dərk etmiş olurlar:
“Uşağınızın sağlamlığı ilə bağlı sizi ən çox nə narahat edir?”
“Son aylarda sizin üçün övladınızla bağlı gözlənilməz xərclər olubmu?”
“Çətin günlər üçün nə kimi planınız var?” və s.
Valideynlərə uşaqlarının sağlamlığı, sığortası haqqında danışmaq bəzən çətin görünə bilər. Çünki məsələ çox həssasdır – uşağın gələcəyindən, ehtimal edilən risklərdən və maliyyə planlamasından bəhs edilir.
Sağlamlığa qorxu yükləmək yox, onu anlayaraq, real faktlar və ehtiyaclarla qarşılaşdırmaq daha uğurlu nəticə verir. Çünki həyat sığortası yalnız maliyyə məhsulu deyil, valideynin “Mən övladımı qorumaq üçün üzərimə düşəni edirəm” deyə biləcəyi bir daxili rahatlıqdır.
Daha ətraflı məlumat üçün linkə daxil olun: https://pasha-life.az/products/usaqlar-ucun-heyat-sigortasi/
Oxşar xəbərlər
Övladımı kritik xəstəliklərdən necə sığortalaya bilərəm?
Azərbaycanın sığorta bazarı 12% böyüyüb
Niyə Kredit Həyat Sığortası əldə etməliyəm?
Kredit həyat sığortası bahalıdırmı?
Banklar bu il istehlak kreditlərinin sığortasından 20 mln. manat mənfəət əldə edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












