DSMF-nin büdcədən asılılığı 18 %-dən aşağı düşüb
2024-cü ildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) transfert 1 milyard 232 milyon manat təşkil edib.
"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 16,1 % azdır.
Ötən il DSMF-yə daxilolmalarda transfertin payı 17,55 % təşkil edib. Bu nisbət əvvəlki il 22 % olub.
İl ərzində Fonda məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 11,1 % artaraq 5 milyard 777,967 milyon manata, sanatoriya-kurort yollayışlarının dəyərinin ödənilməsindən daxil olan vəsait isə 12,2 % artaraq 2,731 milyon manata çatıb.
Xatırladaq ki, DSMF 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,5 milyon manatdır. Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
Dövlət Sosial Müdafiə Fondunun mənfəəti kəskin artıb
Dövlət Sosial Müdafiə Fondunun mənfəəti 46 % artıb
Bu ilin 4 ayında DSMF-nin xərcləri 10 % artıb
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır
DSMF: Ötən ay sosial yardımlar üçün əhaliyə 744 milyon manat ödənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












