Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatları təqdim edib
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatları təqdim edib


Azərbaycan Mərkəzi Bankı (AMB) “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar” (Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqla prospekt sənədlərinin şablon formalarını hazırlayıb.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, yeni şablonların əsas məqsədi sənədlərin tərtibi zamanı tez-tez rast gəlinən nöqsanların qarşısını almaq, prosesi emitentlər və anderrayterlər üçün daha asan və səmərəli etməkdir. Şablonlarda aidiyyəti bölmələr üzrə izahlar və açıqlayıcı qeydlər də yer alıb. Əsas diqqət praktikada daha çox sual doğuran və səhvlərin tez-tez baş verdiyi hissələrə yönəlib.

Bundan əlavə, kapital bazarında fəaliyyət göstərən və lisenziyalaşdırılan şəxslərlə bağlı tənzimləyici çərçivənin daha yaxşı başa düşülməsi məqsədilə Mərkəzi Bank tərəfindən lisenziya prosedurlarına dair təlimatlar hazırlanıb. Təlimatlarda lisenziyalaşdırma mərhələləri, tələb olunan sənədlər və məlumatlar, baxılma müddətləri və ləğv səbəbləri ətraflı şəkildə izah olunub.

Mərkəzi Bank əlavə edib ki, gələcəkdə də qiymətli kağızlar bazarının iştirakçılarına dəstək məqsədilə bu kimi təşəbbüsləri davam etdirməsi planlaşdırılır.

Oxşar xəbərlər

AMB emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb
Azərbaycanın kapital bazarında ötən il rekord sayda emissiya prospekti təsdiq edilib
AMB-də emissiya prospektlərinin tərtibatı ilə bağlı təqdimat keçirilib
Ötən il Mərkəzi Bankın emissiya etdiyi notların həcmi 7 dəfəyə yaxın azalıb
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər