AMB-də emissiya prospektlərinin tərtibatı ilə bağlı təqdimat keçirilib
Azərbaycan Mərkəzi Bankı (AMB) kapital bazarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Emissiya prospektlərində ən çox yol verilən xətalar” mövzusunda təqdimat keçirib.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçən tədbirdə emissiya prospektlərində ən çox rast gəlinən nöqsanlar və onların praktiki nümunələri, normativ hüquqi aktların tələbləri baxımından bu nöqsanların təhlili üzrə mühüm məlumatlar, həmçinin emissiya sənədlərinin düzgün və tam şəkildə hazırlanması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb.
Tədbirin keçirilməsinin məqsədi emissiya prospektlərinin keyfiyyətinin artırılması, buraxılış prosesinin daha səmərəli və şəffaf şəkildə təşkili, eləcə də emitentlər və investisiya şirkətlərinin məlumatlılığının artırılması olub. Təqdimatda praktiki yanaşmalar əstrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
"AMB-nin bu kimi maarifləndirici tədbirləri emissiya ilə bağlı proseslərin effektiv kommunikasiyasına, eləcə də yeni emitentlərin kapital bazarına cəlb olunmasına xidmət edir. Qiymətli kağızların buraxılışının təkmilləşdirilməsi və normativ uyğunluğun təmin olunması istiqamətində maarifləndirmə fəaliyyətləri gələcəkdə də davam etdiriləcək", - deyə qurum bəyan edib.
Oxşar xəbərlər
Azərbaycanın kapital bazarında ötən il rekord sayda emissiya prospekti təsdiq edilib
AMB: Emissiya prospektlərinin hazırlanmasında süni intellektin tətbiqi araşdırılır
Azərbaycanda təsdiqlənən emissiya prospektlərinin sayı rekord həddə çatıb
ASCO sıfır emissiya hədəfinə çatmaq üçün strategiya və tədbirlər planı hazırlayır
GEAPP: Mərkəzi Asiya xalis sıfır emissiya yolunda ən kritik regionlardan biridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












