AMB emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar” (Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqla prospekt sənədlərinin şablon formalarını hazırlayıb.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, yeni hazırlanmış şablonların əsas məqsədi emissiya prospektlərinin və informasiya memorandumlarının tərtibi zamanı yol verilən nöqsanların minimuma endirilməsi, sənədlərin ümumi keyfiyyətinin artırılması və sənəd tərtibatı prosesinin emitentlər və anderrayterlər üçün daha asan və səmərəli şəkildə təşkil olunmasıdır.
Şablon sənədlərdə Qaydalarda əks olunmuş bəndlər üzrə açıqlayıcı və izahedici qeydlərə də yer verilib. Xüsusilə praktik təcrübədə ən çox sual doğuran və nöqsanların ən çox rast gəlindiyi bəndlər üzrə izahlı qeydlərin hazırlanmasına xüsusi diqqət yetirilib. Bu qeydlərin sənəd tərtibatı zamanı emitentlər üçün praktik vəsait rolunu oynayacağı və prosesi daha çevik və düzgün icra etməyə imkan verəcəyi gözlənilir.
Bundan əlavə, AMB kapital bazarında lisenziyalaşdırılan şəxslərlə bağlı tənzimləyici çərçivənin daha dolğun anlaşılması məqsədilə lisenziya prosedurlarına dair təlimatlar hazırlayıb. Təlimatlarda lisenziyalaşdırmanın mərhələləri, hər bir prosesdə tələb olunan sənəd və məlumatlar, müraciətlərə baxılma müddətləri və lisenziyanın ləğvi üçün əsaslara dair izahlı məlumatlar qeyd olunub.
Təlimatlarla qurumun internet səhifəsindən aşağıdakı keçid vasitəsi ilə tanış olmaq mümkündür:
Emissiya prospektləri:
Lisenziya prosedurları:
AMB qiymətli kağızlar bazarında iştirak edən bütün tərəflərin fəaliyyətini dəstəkləmək və normativ uyğunluğun təmin olunmasına yardımçı olmaq məqsədilə gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.
Oxşar xəbərlər
AMB-də emissiya prospektlərinin tərtibatı ilə bağlı təqdimat keçirilib
Azərbaycanın kapital bazarında ötən il rekord sayda emissiya prospekti təsdiq edilib
AMB: Emissiya prospektlərinin hazırlanmasında süni intellektin tətbiqi araşdırılır
Azərbaycanda təsdiqlənən emissiya prospektlərinin sayı rekord həddə çatıb
AFBİA: Emissiya prospektinin pulsuz PR marketinq aləti olduğu tam dərk edilmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












