ARDNF törəmə maliyyə alətlərinə investisiyaları kəskin azaldıb, bu alətlər üzrə öhdəlik götürüb
sizinxeber.az xəbər saytı

ARDNF törəmə maliyyə alətlərinə investisiyaları kəskin azaldıb, bu alətlər üzrə öhdəlik götürüb


Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) törəmə maliyyə alətlərinə investisiyaları 53 min manat təşkil edib.

"Sizinxeber.az" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 41,5 dəfə azdır.

Əvəzində qurum ötən il törəmə maliyyə alətləri üzrə 8,153 milyon manatlıq öhdəlik götürüb.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Oxşar xəbərlər

ARDNF istiqrazlara investisiyaları azaldıb, səhmlərə isə artırıb
ARDNF özəl səhm fondlarına investisiyaları 21 %-dən çox artırıb
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 9 %-dən çox artırıb
ARDNF-in xalis mənfəəti 3 % azalıb
ARDNF qızıl külçələrə investisiyaları 83 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər