Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Kashpay" əmtəə nişanının sahibi olan "Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli lisenziyanı ləğv edib.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu qərar təşkilatın fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən qəbul edilib.
Beləliklə, ödəniş bazarında lisenziyası olan təşkilatların sayı 27-yə düşüb. Hazırda 18 şirkət elektron pul təşkilatı, 7 şirkət ödəniş təşkilatı, “AzəriCard” və "Millikart" MMC-lər isə ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalara malikdir.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Azərbaycan Mərkəzi Bankı “Algoritma”ya lisenziya verib
Azərbaycan Mərkəzi Bankı “Guavapay”ə lisenziya verib
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













