AMB sədri manatın məzənnəsindən danışdı
2025-ci ilin dekabrında nominal effektiv məzənnə 2024-cü ilin eyni ayı ilə müqayisədə 4.6% ucuzlaşıb. Bu isə cari ilin martında inflyasiyaya 1% artıcı təsir edib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fevral-mart aylarında neftin bahalaşması nəticəsində manat dəyər qazansa da, bu, inflyasiyaya azaldıcı təsirini 3 aylıq müddətdə göstərəcək:
"Kənd təsərrüfatı istehsalçılarının qiymət indeksini istisna etməklə digər amillər 3 ay gec təsir göstərir. Buna görə mart ayı inflyasiyasına nominal effektiv məzənnənin dekabrdakı dəyişimi təsir göstərib".
T.Kazimov əlavə edib ki, hesabat dövründə dövlət istehlakı və ev təsərrüfatı istehlakı üzrə tələb amilləri müvafiq olaraq 7.3 və 9.2% artıb:
“Martın inflyasiyasına 2 faiz bəndi artıcı təsir edib. Digər amillər isə 2 faiz bəndi azaldıcı təsir edib”.
Oxşar xəbərlər
Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb
Taleh Kazımov: "Ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qiymət artımına artırıcı təsir göstərib"
Azərbaycanda istehlak kredit portfelinin artımının inflyasiyaya təsirləri açıqlanıb
AMB: Bu il tənzimlənən qiymətlərin inflyasiyaya artırıcı təsiri 0,51 faiz bəndidir
İqlim dəyişikliklərinin 2035-ci ilə kimi Azərbaycanda inflyasiyaya təsiri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
