İqlim dəyişikliklərinin 2035-ci ilə kimi Azərbaycanda inflyasiyaya təsiri açıqlanıb
sizinxeber.az xəbər saytı

İqlim dəyişikliklərinin 2035-ci ilə kimi Azərbaycanda inflyasiyaya təsiri açıqlanıb


Azərbaycan Mərkəzi Bankı iqlim dəyişikliyinin inflyasiyaya təsiri ilə bağlı proqnozunu açıqlayıb.

"Apa.az-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Bildirilib ki, iqlim dəyişikliyi son illərdə təkcə ekoloji deyil, həm də iqtisadi sabitlik baxımından ciddi risklər yaradır. Bu risklər arasında xüsusilə ərzaq inflyasiyası və ümumi qiymət artımları önə çıxır.

2035-ci ilə kimi iqlim dəyişikliyinin Azərbaycanda ərzaq inflyasiyasına 1.5 – 2.0 faiz bəndi artırıcı təsir edəcəyi proqnozlaşdırılıb. AMB hesab edir ki, ümumi inflyasiyaya təsir isə 0.5 – 1.0 faiz bəndi ola bilər. Qeyd olunub ki, artan temperatur və iqlim riskləri, xüsusilə kənd təsərrüfatında məhsuldarlığın azalması, qiymət artımını şərtləndirir.

Ümumilikdə iqlim dəyişikliklərinin qlobal təsirləri nəticəsində ərzaq inflyasiyası illik 3.2%-ə qədər, ümumi inflyasiya illik 1.18%-ə qədər arta bilər.

Oxşar xəbərlər

AMB iqlim dəyişikliklərinin inflyasiyaya təsrini qiymətləndirib
Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb
AMB: Bu il tənzimlənən qiymətlərin inflyasiyaya artırıcı təsiri 0,51 faiz bəndidir
Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur"
İsmahane Eluafe: İqlim dəyişikliyi ərzaq təhlükəsizliyinə ciddi təsir edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər