İqtisadi Şuranın iclasında kənd təsərrüfatında istehsalın artırılması məsələsi araşdırılıb
sizinxeber.az xəbər saytı

İqtisadi Şuranın iclasında kənd təsərrüfatında istehsalın artırılması məsələsi araşdırılıb


İqtisadi Şuranın Aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ üzrə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi
İqtisadi Şuranın iclası keçirilib, aqrar sığorta sisteminə dair müzakirə aparılıb
İqtisadi Şuranın iclasında sahibkarların problemləri müzakirə olunub
İqtisadi Şurada 2026-cı il dövlət büdcəsinin layihəsinə dair müzakirə aparılıb
Aqrar sığorta sxeminin konseptual əsaslarının təkmilləşdirilməsi müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər