Azərbaycan və Özbəkistan nəqliyyat və logistika sahələrində əməkdaşlığı inkişaf etdirir
Azərbaycan və Özbəkistan Ekspert Şurasının ikinci görüşü ilk növbədə, nəqliyyat və logistika sahələrində əməkdaşlığın davamlı inkişafının göstəricisidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu "Nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasının inkişaf strategiyası" layihəsinin rəhbəri, "Özbəkistan Dəmir Yolları" SC-nin sədrinin birinci müavininin müşaviri Umidulla İbrahimov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın nəqliyyat xidmətləri ixracının artması da bu tendensiyaya dəlalət edir.
"Bugünkü görüş Mərkəzi Asiya və Cənubi Qafqaz arasında logistika sahəsində əməkdaşlığın və əlaqələrin dərinləşdirilməsi istiqamətində müxtəlif təşəbbüslərin davam etdirilməsinə töhfə verəcək", - o, sonda qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
Səfir: Azərbaycanla əlaqələrin inkişafı Özbəkistanın xarici siyasət prioritetlərindən biridir
Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu iqtisadi artıma töhfə verəcək"
Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası iqtisadi artıma töhfə verəcək"
Özbəkistan nümayəndəsi: Nəqliyyat əlaqələrinin inkişafı təkcə bizim deyil, regionun maraqlarına xidmət edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













