AZAL-ın prezidenti: "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır"
Bu gün təhlükəsizlik, əməliyyat mükəmməlliyi, dayanıqlılıq və enerji keçidi “Azərbaycan Hava Yolları” QSC-nin strateji prioritetləridir.
"Report" xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025”də deyib.
S.Rzayev qeyd edib ki, AZAL-ın transformasiyası təkcə əməliyyat artımı ilə məhdudlaşmır:
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır və bu vizyon konkret addımlar, uzunmüddətli planlama və beynəlxalq əməkdaşlıqla həyata keçirilir. Biz IATA ilə yaxın tərəfdaşlığımızdan, CORSIA çərçivəsində əməkdaşlığımızdan, ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) və digər beynəlxalq standart və platformalarda fəal iştirakımızdan qürur duyuruq. Bu tərəfdaşlıqlar emissiyalar, enerji səmərəliliyi və iqlim üzrə açıqlamalarla bağlı beynəlxalq standartlara uyğunluğumuzu daha da möhkəmləndirir, eyni zamanda, hesabatlı, dayanıqlı və gələcəyə hazır bir aviaşirkət qurmaq yolunda atacağımız növbəti addımlara istiqamət verir".
Oxşar xəbərlər
İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
Samir Rzayev: "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır"
Bakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək
Bakıda IATA-nın Aviasiya Enerji Forumu keçiriləcək
Samir Rzayev: "Neftayırma zavodlarını LCAF istehsalına transformasiya etmək lazımdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











