Azərbaycan bu ilin sonuna qədər dəmir yollarının elektrikləşdirilməsini tamamlayacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan bu ilin sonuna qədər dəmir yollarının elektrikləşdirilməsini tamamlayacaq


Bu ilin sonuna qədər Azərbaycan ərazisində dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsinin tamamlanması planlaşdırılır.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrin müşaviri Emil Məmmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat Forumu"nda bildirib.

"İnfrastrukturdan danışarkən, bunun təkcə dəmir yolu xəttindən ibarət olmadığını anlamaq vacibdir. İnfrastruktura, həmçinin lokomotiv dartısı və hərəkət tərkibi daxildir. Bütün bu elementlər dəmir yolu sisteminin dayanıqlı inkişafının ayrılmaz hissəsidir", - o qeyd edib.

E.Məmmədovun sözlərinə görə, elektrikləşdirmənin tamamlanması dəyişən cərəyanla işləyən lokomotivlərdən tam istifadə etməyə imkan verəcək: "Biz artıq belə lokomotivləri qismən tətbiq etməyə başlamışıq. Lakin onların tam istismarı üçün elektrik təchizatı və siqnalizasiya sistemlərinin quraşdırılmasını tamamlamaq lazımdır. Lokomotivlər artıq bizim balansımızdadır və işə hazırdırlar".

Oxşar xəbərlər

ADY dəmir yollarının elektrikləşdirilməsini bitirir
Horadiz-Ağbənd dəmir yolu xəttində bu il ərzində görüləcək işlər açıqlanıb
Yevlax–Bərdə dəmir yolunun tikintisinin başa çatma müddəti açıqlanıb
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-i tamamlanıb
Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle