Bakının əsas prospektlərindən birində təmir işlərinin bitəcəyi vaxt açıqlanıb
sizinxeber.az xəbər saytı

Bakının əsas prospektlərindən birində təmir işlərinin bitəcəyi vaxt açıqlanıb


Bakı şəhəri, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılır.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb.

"Hazırda ərazidə təmizlənmə işləri həyata keçirilir. Növbəti mərhələdə isə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır", - AAYDA bildirib.

Oxşar xəbərlər

Bakının Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq
Bakının Atatürk prospektinin bir hissəsi təmir olunub
Bakının 28 May küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər