ADSEA: “Bağırov” körpüsünün altındakı tüneldə yığılan su tamamilə aradan qaldırılıb
Dünəndən yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində, o cümlədən “Bağırov” körpüsünün altında su yığılması müşahidə olunub.
Bu barədə “Sizinxeber.az”un sorğusuna cavab olaraq Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, ərazidə suyun çəkilməsi ilə bağlı ADSEA, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən birgə tədbirlər həyata keçirilib.
İşlər intensiv şəkildə və sürətlə aparılıb. Hazırda “Bağırov” körpüsünün altındakı tüneldə su yığıntısı tamamilə aradan qaldırılıb və ərazidə nəqliyyatın hərəkətinə icazə verilir.
Oxşar xəbərlər
"Bağırov" körpüsündə tuneldə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
FHN: “Bağırov" körpüsündəki tunelə yığılan yağış suları çəkilərək kənarlaşdırılıb
ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
ADSEA: Subasma riskinə qarşı qabaqlayıcı tədbirlər görülür
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
