Bakı metrosu: Qatarların sayı əsaslı şəkildə artırılmalıdır
sizinxeber.az xəbər saytı

Bakı metrosu: Qatarların sayı əsaslı şəkildə artırılmalıdır


Bakı metrosuna 20 yeni vaqonun alınması istiqamətində işlər aparılmalıdır.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

O bildirib ki, ilin sonuna qədər hər biri 5 vaqondan ibarət 4 qatar Bakıya gətiriləcək:

"Onların yığılması prosesi Bakıda – metropolitenin elektrik deposunda tamamlanacaq. 2026-cı ildə isə 10 yeni vaqonun alınması nəzərdə tutulub. Ümumiyyətlə, Dövlət Proqramında nəzərdə tutulmuş qaydada vaqon parkının genişləndirilməsi də zəruri tələbdir. Yeni stansiyaların inşası qatarlara olan tələbatı müəyyən edir və təbiidir ki, xətlər ayrılandan sonra həm yaşıl, həm də Qırmızı xəttin öz depoları olacaq. Yəni “Dərnəgül” elektrik deposu tikilməlidir. Bu da yeni şərait deməkdir. Bənövşəyi xəttin 6 yeni stansiyasının tikilməsi isə burada da vəziyyəti tam dəyişəcək. Qatarların sayı əsaslı şəkildə artırılmalıdır. Buna görə “Xocəsən” elektrik deposunun ikinci mərhələdə inşası davam etdirilməli, təmir, qatarların gecələmə sahələri yaradılmalı, digər infrastruktur məsələlər həllini tapmalıdır".

Oxşar xəbərlər

Bu il Bakı metrosuna gətirilməli olan son 3 qatar Moskvadan yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Bakı metrosuna yeni nəsil 20 vaqon gətirilməsi planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosuna 2 yeni qatar gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər