Fazil Mustafa: Vəsait olmadığına görə Sabunçuda qəzalı binalarla bağlı akt tərtib edilmir
Sabunçu rayonun və Bakıxanov qəsəbəsində 200-dən çox qəzalı bina mövcuddur, onlardan 47-nin qəzalı vəziyyətdə olduğunu təsdiq edən akt tərtib edilib.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
Fazil Mustafa bildirib ki, vəsait olmadığı üçün digər binalarla bağlı belə akt tərtib etmirlər: “Qəzalı vəziyyətdə olan 2 və 3 mərtəbəli 174 binanın sakinləri bu məsələyə əncam çəkilməsini gözləyir. Məsələnin həlli sahibkarların bu işə cəlb olunmasıdır. Amma bu, stimullaşdırılmalıdır. Hazırda qəzalı binaların sakinlərinə hər kvadratmetr üçün 1300 manat verirlər. Amma vətəndaş bu pula şəhər mərkəzində ev ala bilmir, məcbur gedib şəhər kənarında gecəqondu tikir”.
Deputat binaların zirzəmisinə yığılan qrunt sularına da diqqət çəkib: “Bu məsələdə də abadlıq işlərinin aparılması vacibdir”.
Oxşar xəbərlər
Bakı, Gəncə və Sumqayıtda qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb
Komitə sədri: Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir
Anar Quliyev: "Bakıda 200-dən çox qəzalı binanın təhlili aparılıb, artıq praktiki işlərə başlanılıb"
Eldar Əzizov: Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var
Fazil Mustafa: “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









