Azad edilmiş rayonlarda ötən il tikintiyə 6 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI
2024-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 982 milyon 63.3 min manat vəsait sərf edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 596 min manat azdır. Belə ki, 2023-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 983 milyon 659 min manat vəsait yönəldilib.
Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (1 mlrd. 374 mln. 784 min manat), Laçın (894 mln. 736.7 min manat) və Ağdam (809 mln. 487 min manat) rayonlarına ayrılıb.
Xatırladaq ki, ötən il Azərbaycanda əsas kapitala 21 milyard 435.1 milyon manat vəsait yönəldilib ki, bununda 15 milyard 524 milyon 894 manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 38.5%-ni təşkil edib.
Aşağıdakı cədvəldə ötən il və 2023-cü ildə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:
| Azad edilmiş ərazilər | 2023-cü il min manat | 2024-cü il min manat |
| Kəlbəcər | 916 819,7 | 1 374 784,6 |
| Laçın | 1 494 430 | 894 736,7 |
| Ağdam | 565 801,3 | 809 487,5 |
| Şuşa | 624 545 | 751 529 |
| Zəngilan | 584 668,7 | 552 037,5 |
| Füzuli | 739 552,9 | 540 107,4 |
| Cəbrayıl | 663 727,2 | 436 626,8 |
| Qubadlı | 277 890,7 | 316 792,3 |
| Xocavənd | 111 310,2 | 115 739 |
| Xocalı rayonu | 4 882,1 | 70 272,8 |
| Xankəndi | 31,5 | 69 497,2 |
| Ağdərə | 50 452,5 |
Oxşar xəbərlər
9 ayda azad edilmiş rayonlarda tikinti işlərinə 3.6 mlrd. manatdan çox vəsait xərclənib - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə 2 mlrd. manatdan çox vəsait xərclənib - Siyahı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il əsas kapitala 11.2 mlrd. manat investisiya yönəldilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeddi ayda əsas kapitala 10 mlrd. manat vəsait yönəldilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə investisiyalar 53 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












