Nazirlik rəsmisi: "Yol inşasında əsas məsələ tullantıları düzgün idarə etməkdir"
sizinxeber.az xəbər saytı

Nazirlik rəsmisi: "Yol inşasında əsas məsələ tullantıları düzgün idarə etməkdir"


Bakıda Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan ərazidə yol infrastrukturu ilə bağlı layihənin icrası zamanı yaranmış tullantıların düzgün idarə edilməsi məsələsinə diqqət yetirilməlidir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərbətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmələrdə bildirib.

"Əsas məsələ tullantıların düzgün idarə edilməsidir, yəni bərk tullantılar ictimai narazılığa səbəb olmasın. Ekologiya və Təbii Sərbətlər Nazirliyinin müxtəlif qurumları, xidmətləri var. Onlar yaşılığın qorunmasına nəzarət edən orqandırlar" - deyə o qeyd edib.

Xatırladaq ki, həmin ərazidə 1 650 ağacın köçürülməsi nəzərdə tutulur. Yolun inşası ilk olaraq metronun "Ulduz" stansiyasından Keşlə bazarına kimi, daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyası istiqamətində, ardınca Keşlə bazarının qarşısındakı restoranın ərazisindən, sonda isə akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər nəzərdə tutulur. İnşa işləri zamanı ekoloji tarazlığın qorunması hədəflənir.

Oxşar xəbərlər

Bakıda 1 650 ağac köçürüləcək
Azərbaycanda tullantıların idarə olunması ilə bağlı strateji sənəd hazırlanır
Mirsalam Qənbərov: Bakıda tıxacların qarşısının alınması, insanların rahat hərəkəti əsas məqsədimizdir
Bakıda iki böyük park istifadəyə veriləcək
Tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər