Sizinxeber.az » İqtisadiyyat » İnfrastruktur » Anar Rzayev: "Bakıda ictimai nəqliyyata illik əsasda 300 milyon səfərin ötürülməsi nəzərdə tutulur"

Anar Rzayev: "Bakıda ictimai nəqliyyata illik əsasda 300 milyon səfərin ötürülməsi nəzərdə tutulur"

Bakıda bir il ərzində 2 milyarddan çox səfər həyata keçirilir və bu səfərlərin strukturunda ictimai nəqliyyatın payı 30 %, fərdi nəqliyyat və taksilərin payı isə 50 % təşkil edib.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə isə bunun tamamilə əksini tələb edir: “Beynəlxalq təcrübədə ictimai nəqliyyatın payının ən azı 39-40 %, fərdi nəqliyyat vasitələrinin istifadəsinin payı isə 30 % civarında olması tələb edilir ki, rəvan mobillik mühiti yaranmış olsun. Sadə hesablamalara görə, yalnız ictimai nəqliyyata illik əsasda 300 milyon səfərin ötürülməsi vacibdir ki, yenə də qeyd etdiyimiz rəvan mobil mühit yaranmış olsun və tədbirlər bu istiqamətdə həyata keçirilib".

A. Rzayev qeyd edib ki, hesablamalara başlanarkən vəziyyətin trendi daha da pisləşmək üzrə idi: "Yəni, şəhərdə ictimai nəqliyyatın payının azalması, fərdi nəqliyyat vasitələrinin payının isə artması trendi var idi”.

AYNA-nın sədri əlavə edib ki, avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb: “Taksi daşımalarında isə 32 %-lik enmə baş verib. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilib. Bu da tədbirlərin trendinin dəyişməsinin və bizim istədiyimiz istiqamətdə getməsinin göstəricisidir”.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !