Özbəkistanda bu il Multimodal Nəqliyyat Forumu keçiriləcək
sizinxeber.az xəbər saytı

Özbəkistanda bu il Multimodal Nəqliyyat Forumu keçiriləcək


Özbəkistanda Multimodal Nəqliyyat Forumunun təşkil edilməsi planlaşdırılır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Omuraliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.

"Türk Dövlətlərinin Logistika Mərkəzləri və Yük Daşıyıcıları Alyansı ilə əməkdaşlıq çərçivəsində bu ilin mayında Özbəkistanda Multimodal Nəqliyyat Forumu təşkil etməyi planlaşdırırıq. Sizi bu mühüm tədbirə dəvət etməkdən məmnun olardıq", - o qeyd edib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin son iclasında qəbul edilmiş qərarın icrası çərçivəsində bir neçə ekspert görüşü keçirilib və nəticədə bir sıra sənədlər razılaşdırılıb.

Oxşar xəbərlər

TDT-nın Baş katibi: "Qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan çətinliklərlə üzləşir"
Özbəkistan TDT çərçivəsində investisiya forumu və logistika konfransı keçirməyi təklif edir
Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik
Kubanıçbek Ömüralıyev: Azərbaycan TDT-nin daha da gücləndirilməsində mühüm rol oynayır
TDT-yə üzv ölkələrin gömrük sahəsində hədəfləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle