Nazir müavini: “28 May”dakı multimodal habın oxşarı "Dərnəgül"də qurula bilər"
“28 May” metrostansiyası ətrafında yaradılmış multimodal nəqliyyat mübadilə mərkəzinin (hab) oxşarı "Dərnəgül" stansiyasında qurula bilər.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində görülmüş işlərlə bağlı keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkədə dəmir yolu nəqliyyatına maraq artmaqdadır: “2024-cü ildə dəmir yolu ilə 8,4 milyondan çox sərnişin daşınıb. Ancaq bu rəqəm təxminən 5 dəfə arta bilər. Bu artım xüsusilə Bakı Dairəvi Dəmir yolu xəttində müşahidə oluna bilər”.
Nazir müavini əlavə edib ki, “28 May” metrostansiyasında multimodal hab yaradılıb və burada dəmir yolu, metro və avtobuslar arasında əlaqə təmin edilib:
“Növbəti belə layihə "Dərnəgül" metrostansiyasının yaxınlığında həyata keçirilə bilər. Hazırda bu məsələ müzakirə olunur”.
Qeyd edək ki, 2024-cü ilin noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayıb. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.
Oxşar xəbərlər
2023-cü ildə dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb
Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarını multimodal rəqəmsal platformaya inteqrasiya edib
Bakıda yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb
Nazir müavini: “Bakıda tramvayın effektiv olacağı ərazilər müəyyən edilib”
Abşeron dairəvi dəmir yolu xəttində ləğv edilmiş reyslər bərpa olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













