Nazir müavini: “Bakıda tramvayın effektiv olacağı ərazilər müəyyən edilib”
sizinxeber.az xəbər saytı

Nazir müavini: “Bakıda tramvayın effektiv olacağı ərazilər müəyyən edilib”


Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

"Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir.

Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər.

"Seabreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Rusiyada iki tramvay toqquşub, 67 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tofiq İslamov: "Tezliklə Laçında elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəhman Hümmətov: "Bakı metrosu üçün bu il yeni nəsil vaqonlar gətiriləcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər