Bakı Limanı Çinin ən böyük limanı ilə əməkdaşlığı genişləndirir
Bakı Limanı ilə Çinin ən böyük limanlarından olan Qinqdao Limanı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Bu barədə “Report”a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.
Məlumata görə, Çin Limanının nümayəndə heyəti bu gün Bakı Limanına səfər edib. Qinqdao Limanının Baş direktorunun müavini Xinq Donqliyanqunun rəhbərlik etdiyi heyətlə görüşü zamanı liman infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq və Azərbaycandan keçməklə daşınan yük həcminin artırılması sahələrində müzakirələr aparılıb.
Şandonq Port Qrupuna daxil Qinqdao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edib ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Bakı Limanı və Qinqdao Limanı arasında 2023-cü ilin 17 aprelində Qardaşlaşmış Limanlar Anlaşma Memorandumu imzalanıb və iki tərəfli əməkdaşlığın rəmzi olan mayak abidəsi quraşdırlıb.
Oxşar xəbərlər
Bakı hava limanına dəmir yolu xətti çəkilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan Poti limanı ilə Rusiyaya bərə daşımalarını dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ Hələb hava limanına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












