Ermənistan Poti limanı ilə Rusiyaya bərə daşımalarını dayandırıb
sizinxeber.az xəbər saytı

Ermənistan Poti limanı ilə Rusiyaya bərə daşımalarını dayandırıb


Ermənistan Gürcüstanın Poti limanından Rusiyanın Qafqaz limanına bərə daşımalarını bu marşrutun rentabelli olmaması səbəbindən dayandırıb.

"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan mətbuat konfransında bildirib.

"Bərə bir neçə ay işlədi. Qiymətləndirməmizə görə, o, ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq oyatmadı. Şirkətlər bərə daşımalarından yetərincə istifadə etmədilər”, - V.Kerobyan qeyd edib.

Bundan əvvəl Kerobyan deyib ki, yüklərin Potidən Qafqaz limanına daşınması Ermənistanın dəmir yolu sistemini Avrasiya İqtisadi İttifaqı ölkələrinin infrastrukturu ilə birləşdirməyə imkan verəcək, Ermənistan iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq, həmçinin təkcə Rusiya ilə deyil, Belarus və Qazaxıstanla nəqliyyat əlaqələrini yaxşılaşdıracaq.

Oxşar xəbərlər

İrəvana dəstəyimiz lazımdır: Mirzoyanla görüşəcəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan daxili və xarici siyasətdə məsuliyyəti öz üzərindən atmağa çalışır - Rəsmi Moskva [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan Lavrovun açıqlamasını vecinə almadı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər