İsrail HHQ Hələb hava limanına zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri Hələb beynəlxalq hava limanının ətraf ərazilərinə raket zərbələri endirib.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, hücum Aralıq dənizindən, Latakiya limanının qərbindən həyata keçirilib.
Raket zərbələrinin maddi ziyana səbəb olduğu bildirilir.
“Al Hadath” telekanalının məlumatına görə, İsrail HHQ Suriya ordusunun tərəfində vuruşan şiə qruplaşmalarının silah anbarlarına raket zərbələri endirib. Hücum nəticəsində insan itkilərinin olması barədə məlumat verilmir.
Dekabrın 29-da İsrail HHQ-yə məxsus “F-16” və “F-35” qırıcıları Suriya paytaxtının beynəlxalq hava limanı və uçuş-enmə zolağı yaxınlığındakı hərbi hədəflərə raket zərbələri endirib. Hücum nəticəsində hərbi infrastruktur obyektlərinə ziyan dəyib, ölən və yaralananlar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
İsrail ordusu Livan ərazisinə cavab zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin zərbələri nəticəsində İraqın güc strukturlarının azı 10 əməkdaşı yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzzaya 22 minə yaxın zərbə endirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzza zolağında tanklarla reyd keçirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livan ərazisinə zərbələr endirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












