Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilir
Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sizinxəbər.az xəbər verir ki, sərəncamla “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Azərbaycanda logistikaya investisiya üçün yaxşı imkanlar var" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu idarə ləğv edildi - Fərman [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən yol təmiri ilə bağlı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












