Bakı metrosunda qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB-3
Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.
Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bakı metrosunda xətlər üzrə intervallar, əsasən bərpa olunub.
Bu barədə “Report”a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Qeyd edək ki, bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb. Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub.
Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Bu barədə “Report”a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.
Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.
Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.
Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
"Report" xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.
Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.
Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.
Oxşar xəbərlər
Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ulduz" metrostansiyasında qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda stansiya yoluna düşən kişi xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












