Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir dayanacaqlar quraşdırılıb
Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir tipli dayanacaqlar, müxtəlif məlumatverici lövhələr və işıq dirəkləri quraşdırılıb.
“Report”un Ağdama ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) avtomobil yollarının istismarı və təmiri idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.
Onun sözlərinə görə, bundan əlavə burada müxtəlif diametrli suötürücü borular, heyvan keçidləri, yaşayış məntəqələrinin daxilindən keçən hissədə piyadaların təhlükəsizliyi üçün 3 yerdə yerüstü piyada keçidləri tikilib istifadəyə verilib: “Yolun tikintisində Qarabağın inkişaf planı nəzərə alınıb. Həmin avtomobil yolunun tikintisi birinci texniki dərəcəyə uyğun olaraq həyata keçirilib. Yolun 14 və 40-cı km-lik hissəsində yol ötürücülər, 25 və 42-ci km-lik hissəsində isə avtomobil körpüləri inşa edilib".
Xatırladaq ki, ümumi uzunluğu 44,5 km olan Bərdə-Ağdam avtomobil yolu ötən həftə istifadəyə verilib. Dörd hərəkət zolaqlı olan adıçəkilən yolun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
Oxşar xəbərlər
İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən yol təmiri ilə bağlı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astaranın Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzaya düşən PFL rəhbərliyindən iki nəfər xəstəxanadan evə buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












