İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib
sizinxeber.az xəbər saytı

İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.

Sizinxeber.az xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirildi ki, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.

Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Oxşar xəbərlər

Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməli qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Daşaltı kənd məscidinin tikintisi ilə tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər