

Prezidentdən yol təmiri ilə bağlı
Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
“Sizinxeber.Az” xəbər verir ki, Sərəncama əsasən, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 1,2 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmağı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxşar xəbərlər
Astaranın Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb - SƏRƏNCAM
İlham Əliyev dövlət agentliyinə 600 min manat ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Dövlət Agentliyinə 17 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Zabrat, Sabunçu və Ramana qəsəbələrində yolların əsaslı təmiri üçün 450 min manat ayrılıb
Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
