Qəzaya düşən PFL rəhbərliyindən iki nəfər xəstəxanadan evə buraxılıb
Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində dekabrın 16-da avtomobil qəzasına düşən Peşəkar Futbol Liqasının rəhbərliyindən ikisi xəstəxanadan evə buraxılıb.
“Sizinxeber.az”a bu barədə “Liv Bona Dea Hospital”dan məlumat verilib.
Bildirilib ki, evə buraxılanlar PFL-in icraçı direktor Zaur Hacı-Məhərrəmov və qurumun texniki-idman direktoru Elgiz Abbasovdur.
Xatırladaq ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Oxşar xəbərlər
PFL prezidenti Elxan Səmədov yaxın günlərdə əməliyyat olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
PFL prezidenti və vitse-prezidentinin sağlıq durumu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzaya düşən PFL prezidenti əməliyyat üçün Türkiyəyə aparıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda ağır qəzaya düşən PFL-in daha iki rəsmisi Bakıya çatdırıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Neftçi”nin yeni strukturu təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












