Rusiyanın Ulyanovsk şəhərindən Azərbaycana ilk yük qatarı bu ay yola düşəcək
Sentyabrın sonunda Ulyanovsk (Rusiya Federasiyası) - Bakı (Azərbaycan) - Astara (İran) marşrutu üzrə birbaşa yük qatarı ilk dəfə yola düşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix regionun kompleks inkişafı üzrə qərargahın iclasında bildirib.
Qubernatorun sözlərinə görə, Ulyanovsk-Bakı-Astara yük bloku qatarının ilk heyəti "Orta Volqa-Xəzər-Fars" körfəzi dəhlizi çərçivəsində sentyabrın sonunda yola düşəcək.
Qatar azı 70 müxtəlif modifikasiyalı vaqon, o cümlədən qapalı çənlər, bunker tipli vaqonlardan ibarətdir.
Hər bir qatar 3,5 min ton müxtəlif məhsulların - aqrar-sənaye kompleksinin və ağac emalının məhsulları, habelə sənaye mallarının daşınması üçün nəzərdə tutulub.
A.Russkix əlavə edib ki, qatarın Azərbaycan, İran və qonşu ölkələrdə istehsal olunan mallarla yenidən yüklənməsi məsələsinə baxılır.
“Qeyd etmək istərdim ki, ixrac qatarı Sovet İttifaqı dövründən bu istiqamətdə hərəkət edən ilk qatar olacaq”, - vilayət rəhbəri vurğulayıb.
Xatırladaq ki, qatarın işə salınması Azərbaycanın Baş naziri Əli Əsədov ilə razılaşmaların, o cümlədən Rusiya və Azərbaycanın dəmir yolu qurumların koordinasiyalı işlərinin, Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin və digər qurumlarının dəstəyinin nəticəsidir.
Oxşar xəbərlər
“Ulyanovsk – Bakı - Astara” birbaşa yük blok qatarının marşrutu təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın Ulyanovsk şəhərində yanğında 3 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY Yeni il tətilində regionlara əlavə reyslər təyin edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan və Tbilisi arasında qatar yolu açılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












