Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək - CƏDVƏL
sizinxeber.az xəbər saytı

Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək - CƏDVƏL


Dərnəgül stansiyasının fəaliyyətə başlaması ilə qatarlar Bakı-Xırdalan-Bakı istiqaməti üzrə yenilənmiş qrafiklə hərəkət edəcək.

Bu barədə "Sizinxeber.az-Economics" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Qeyd edək ki, Bakı şəhərində sərnişin axınının balanslaşdırılmasına və mərkəzdə yüklənmənin azaldılmasına töhfə verəcək növbəti mühüm addım atılıb. Belə ki, 08 may 2026-cı il tarixindən Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib.

Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edir.

Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edir.

Cədvəl ilə bu linklə keçərək tanış ola bilərsiz:

https://ticket.ady.az/storage/pages/3098/hereket-cedveli-08052026-sayt.pdf

Oxşar xəbərlər

ADY Abşeron dairəvi marşrutu üzrə Dərnəgül dayanacağını istifadəyə verib - FOTO
ADY: Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək
Dərnəgül dəmir yolu dayanacağı sərnişinlərin istifadəsinə verilib
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni qrafiki açıqlanıb - CƏDVƏL
Sabahdan Abşeron dairəvi marşrutu üzrə qatarlar yeni qrafiklə hərəkət edəcək - CƏDVƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər