AYNA: Metrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb
sizinxeber.az xəbər saytı

AYNA: Metrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb


Aprelin 21-də "Bakı Metropoliteni" QSC-də yaranan texniki insident səbəbindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) təxirəsalınmaz tədbirlər həyata keçirib.

Bu barədə "Sizinxeber.az"a AYNA-dan bildirilib.

Belə ki, Agentlik daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verib. Bu çərçivədə metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub.

"Sərnişin axınının tənzimlənməsi məqsədilə metro üzrə daşımaları əvəz edə biləcək marşrutlar üzrə avtobusların sayı artırılır və bu da gözləmə intervalının azalmasına, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan yaradır. Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun "Elmlər Akademiyası", "Nizami", "28 May", "Gənclik", "20 Yanvar", "Nəriman Nərimanov", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Əhmədli" stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

AYNA: İstirahət günlərində 52 minə yaxın sərnişin mənzil başına çatdırılıb
COP29 və bayram günləri ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
AYNA: Bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər