Orxan Məmmədov: "WUF13 özəl sektor üçün yeni əməkdaşlıq imkanları yaradır"
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) özəl sektor üçün yeni əməkdaşlıq və inkişaf imkanları yaradır.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov WUF13 üzrə özəl sektor üçün təşkil olunmuş məlumatlandırma sessiyasında deyib.
Onun sözlərinə görə, forum çərçivəsində sahibkarlar qlobal miqyasda fəaliyyət göstərən investorlar, şəhərsalma üzrə mütəxəssislər, texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla birbaşa əlaqə qurmaq imkanı əldə edəcəklər: "Müasir dövrdə şəhərlərin inkişafı yalnız dövlət siyasəti ilə məhdudlaşmır. Bu prosesdə innovativ həllər, rəqəmsal texnologiyalar, "yaşıl iqtisadiyyat" və "ağıllı şəhər" infrastrukturu mühüm rol oynayır və bu sahələrdə özəl sektorun iştirakı getdikcə artır. Forum çərçivəsində keçiriləcək müzakirələr, konfranslar və sərgilər sahibkarlar üçün yeni tərəfdaşlıqların qurulmasına, investisiya imkanlarının genişlənməsinə və innovativ layihələrin təqdim olunmasına şərait yaradacaq".
Oxşar xəbərlər
Adil Məmmədov: "WUF13-ə 30 minə yaxın iştirakçının qatılması gözlənilir"
İlyas Demirçi: WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma təcrübəsinin sübutudur
Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək
BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
