ADSEA Bakı və ətrafında su təchizatındakı fasilələrin səbəblərini açıqlayıb
Bakı şəhəri və ətraf yaşayış məntəqələrində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən obyektiv səbəblərlə əlaqədardır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qurumdan verilən məlumata görə, yay mövsümündə havaların kəskin istiləşməsi suya olan tələbatı artırır ki, bu da sudaşıyıcı kəmərlərin və qurğuların ifrat yüklənməsinə səbəb olur.
"Bu şəraitdə qəza risklərini minimuma endirmək və tələbatı optimal şəkildə qarşılamaq məqsədilə tənzimləyici tədbirlər görülür", - xidmətdən bildirilib.
Qeyd olunub ki, Bakı şəhərinin əsas su mənbələri olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı və Kür sutəmizləyici qurğularında su istehsalının artırılması, magistral sudaşıyıcı kəmərlərin və regionlar üzrə supaylayıcı şəbəkələrin genişləndirilməsi ilə bağlı yeni layihələrin icrası davam etdirilir.
"Hazırda əksər ərazilərdə su təchizatı normal rejimə qaytarılıb", - deyə qurumdan qeyd olunub.
Oxşar xəbərlər
ADSEA: “Bağırov” körpüsünün altındakı tüneldə yığılan su tamamilə aradan qaldırılıb
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb
ADSEA: Yasamalda içməli su xəttində qəza baş verib, təmir işləri aparılır
ADSEA: Magistral xəttin üzərində tikilən evlər su təchizatına ciddi problem yaradır
Su Oğuz-Qəbələ-Bakı kəmərindən paytaxta daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












