Mətin Eynullayev: Özbaşına tikililərə qarşı yeni nəzarət mexanizmi yaradılacaq
Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə işçi qrupun ilk iclası keçirilib.
"APA-Economics" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi iclasda aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Torpaq Məcəlləsinin konsepsiyasında yer alacaq məsələlər, torpaq idarəçiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, qanunvericilik bazasının müasir tələblərə uyğunlaşdırılması istiqamətində təkliflər müzakirə olunub.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, torpaq münasibətlərinin müasir çağırışlara uyğun tənzimlənməsi, torpaqların idarə olunması, istifadəsinə nəzarət və mühafizəsində beynəlxalq təcrübənin tətbiqi vacibdir. O qeyd edib ki, Torpaq Məcəlləsinin yeni konsepsiyasında iqlim dəyişikliyi və onun təsirləri, təyinatdan kənar istifadə halları, mühafizə zonalarına riayət, torpaq sahələrinin konsolidasiyası və xüsusilə də özbaşına tikililərə qarşı yeni nəzarət mexanizminin yaradılması məqsədəuyğundur.
İclasda iştirak edən qurumların nümayəndələri sahə üzrə mövcud problemləri, hüquqi boşluqları və praktiki çətinlikləri diqqətə çatdıraraq torpaqların kadastr uçotu və idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı təkliflər veriblər.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi qaydası müəyyənləşib
Pay torpaqlarına sahib 58 mindən çox ailəyə çıxarış verilib
Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək
Prezidentin xüsusi nümayəndəsi: Azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
